kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - yeddinci ay كلمات الأغنية

Loading...

[bənd]
sənin mərhəmətin yox, eşqin yarım saatlıq
həmin sevgi mahnıları daha məni xatırlatmır
qayğısız, nəvazişsiz körpə kimiyəm
tərk edilmək üçün çox tezdir sənsizliyə yaşım çatmır

bir ömür mənə dar gəlir, ağrılarımı izah etmək üçün
bir vərəq yetəri qədər bəsdir, eşqi kitab etmək üçün
indi ziyan etmək üçün əlimdə tək canım qalıbdı
o qədər ürək sözüm var ki, deməmişəm heç yarım qalıbdı

yoxdur dərd ortağım daha, heç kimim qalmayıb artıq
şərəfini görəcəyim günə saxladım badənin axrın
həsrətin rahat buraxmır, bu əzab qəlbimə yatıb
artıq bir ay olacaq ki, ölümdən betərdir həyatım

insafsız ol vur qır dağıt, yaşaran gözümə baxma
bir ömür arxamca bax razıyam amma, üzümə baxma
sən də hamı kimi ən dar anda get, sözümə baxma
əgər varsa sevgini ver mənə, qalanını özünə saxla

içində gözəl hisslərdi amma cismən səhv tanınırsan
öldürür həyat eşqini boğur içində qəddar o insan
basdırılan hər duyğunu tənhalıqla səhv salırıqsa
nəyə gərəkdi sevgi ən sonunda tək qalırıqsa
sənlə bir evin ayrı otaqlarında eşqə düşmüşük
unudulan o mahnıların hər notunda birgə ölmüşük
rəsminə gözüm düşüb, yağışlı vaxtlarda üşüyüb
ağlayan gözlərindən öpdüyüm anları bir də düşün

məsafələrə dözməyən eşq əlvidana təslim olub
mən pis olub yolunu gözləyəndə gəldi qəmli sonum
yaşımla islananda saçları, gözümdən sərdim onu
bir dəfə üzümə gülən gözəl neçə ildir ki, dərdim olub

aşiq olan ürək qəmgin halım ilə zalim olub
saf eşqin bəyani nazlı yar əğyarə dair olub
düşünür daim onu arzuladığı həyata sahib olub
və keçib keçmişin izləri, axı ayırıb tale yolu

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...