badclause music - tək sən كلمات الأغنية
[nəqərat]
içkili halda, rulda mən, tək tərəfli yolda
yığışaq 6.45_də, ya kvadrat_a keçək ordan
fonda isə “joseph – manopa”, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
içkili halda, rulda sən, tək tərəfli yolda
zəng dalıyca zəng, amma baxmırsan telefonuna
masada xırdalan, corona, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
[bənd 1]
tüstü_tüstü və musiqi, küskün, üzgün, mən ruh kimi
üç gün, üç gecə yox kimi_kimsəm, kefim pox kimi
səsin fərqli harmoniyada, sanki mən dirijor kimi
artıq elədiyim hər şey ixtiyarsız, rol kimi
qaça_qaça arxanca intizarınla yoruram özümü
göz rənginin fərqli çalarlarında boğuram özümü
axtarmıram çıxış yolu, bura mənim öz qapalı qutumdur
özüm seçmişəm bu sıfırları, fərqi nə başlanğıc, ya da ki, sonumdur?
vur, içək içib_içib qızarana qədər, bacardığın qədər qısa vaxtda gəl
tez dağılışmaq söhbəti də yoxdur, danışmışdıq axı biz o barədə
fərqli içkilər, fərqli badələr, zövq aldığın görüm hər ifadədə
səni görəndə necə gəlirəm özümə, çıxarsa da özümdən bəzi maddələr
dolu_dolu yazıram içi boş həyatımdan, gir qoluma, yum gözün, addımla
dururam, torpaq gedir altımdan, uçuram ulduzların ardıyca
axına əks, ağır nəfəs, acı və qəlizsən, hamıya tərs
bəs nədir belə səni mənə lazım edən? çəkməmişəm çəkdiyim nazın qədər
[nəqərat]
içkili halda, rulda mən, tək tərəfli yolda
yığışaq 6.45_də, ya kvadrat_a keçək ordan
fonda isə “joseph – manopa”, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
içkili halda, rulda sən, tək tərəfli yolda
zəng dalıyca zəng, amma baxmırsan telefonuna
masada xırdalan, corona, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
[bənd 2]
eşidirsən səsimi, hisslərim bəsdirmi?
yenə kiməsə bəhs edir ürək sevgini sən bilib
köksümdə tələsik nəfəslər tükədir səbrimi
dodağıma dəyən heç bir içki zövq vermir sən kimi
yalan, yalan dolub dilinə, yarı qaranlığın içində
yana_yana donub kimsə daxilimdə, qəlbi dinməz
qaçıb yorulmuş kimisən, durma, gəl izimlə
bu cümlələr məni sənə bilmirəm anladır hansı dildə
başa düşə bilmirəm heç bəzən səni, sanki incidirsən qəsdən məni
yandırdım söz dolu dəftərləri, qurbanın elədim, yazığın gəlmədi
içkinin buzun əridir sənin əllərin, üzünə baxıram, unudulur əzbərlərim
sənə qarşı ən kiçik istəyimə, inan, bu günə qədər olan yüz həvəs dəymədi
nə var bu sevginin arxasında? bəlkə də belə hisslər heç ağıla sığmaz
işdir, yollarımız haçansa ayrılsa, olanları unutma əsla
axına əks, ağır nəfəs, acı və qəlizəm, hamıya tərs
bəs nədir belə məni sənə lazım edən? lazımınam çəkdiyim nazın qədər, ey!
[nəqərat]
içkili halda, rulda mən, tək tərəfli yolda
yığışaq 6.45_də, ya kvadrat_a keçək ordan
fonda isə “joseph – manopa”, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
içkili halda, rulda sən, tək tərəfli yolda
zəng dalıyca zəng, amma baxmırsan telefonuna
masada xırdalan, corona, tək sən əskik olma
tək sən əskik olma, tək sən əskik olma
كلمات أغنية عشوائية
- biyōshi - batman كلمات الأغنية
- мумий тролль (mumiy troll) - ru.da كلمات الأغنية
- goaltender - grief-stricken كلمات الأغنية
- miky woodz & el fother - precio كلمات الأغنية
- ednaldo pereira - vale nada vale tudo كلمات الأغنية
- larry norman - presence of the lord كلمات الأغنية
- yves tumor - hope in suffering (escaping oblivion & overcoming powerlessness) كلمات الأغنية
- sundive - foreign feel كلمات الأغنية
- recreation - jealous lovers كلمات الأغنية
- rith - ridin' كلمات الأغنية