badclause music - şübhə (demo) كلمات الأغنية
[skit]
özümdən yazmaq istədim, özümdən danışım bir az
görəsən hansı zəngin qəlb ölüb, mən qalmışam miras?
ruhum əlil sevgi müharibəsində, yox imtiyaz
hərkəsdə payızdırsa əgər, hansı ömürlərindir yaz?
[bənd]
özümdən yazmaq istədim, özümdən danışım bir az
görəsən hansı zəngin qəlb ölüb, mən qalmışam miras?
ki, dolur sətirlər qəm ilə, hələ də ruhsuz eyni mən
yazıram sakitləşim… sən də sakitləş bir az
sürünür vərəqim üstdə ilham pərisi, yaralıdır qanadı
danışır cəsarətlə ali birisi, san_adını yaradır
möhrümdə dörd imza _ mən, emil, zaur, ağarzadır axır
heç kim qıra bilməz bu dörd qapını, qabağınıza baxın!
biz həmişə bir olmuşuq, həqiqi bir, amma saxtalar da var
qaranlığın özüyük, soyuq, yox, amma şaxtalar daha
olsa səhv bizə, dirənəcək alnına avtomat “naxadı”
bitə bilməz dövrümüz heç cür, axır vaxta varmadan
yazacam iftixarla nəğmələrimi ki, könülə yatsın
bölməz əsla fətvamı bəndə qırsa da türbə qapısın
mən həmişə düz olmuşam ki, qoy səhvi özləri tapsın
axı onlardan öyrənmişəm alçaqlıqların hamısın
onlar kimdir? aha, deməli, ətraf iki yerə bölünür
səni sən edənlər və səni sən kimi bəyənməyənlər
birinci tərəf “okey”dir, müəmma digərlərindədir ki
onlara görə özündən şübhələnməyə dəyərmi səncə?
açığı mən şübhəliydim, görəsən pis biriyəmmi?
hamı məni tək qoyub, yoxsa bunu mən özüm istəyirəmmi?
qarşımda mənə nifrətlə baxan birisi əyləşib
kin qusur üzümə gözümə. mən onu necə çox istəyirəm ki?!
əslində səhv elə özümüzdən başlayırdı
çün’ xoşbəxtliklər yox, kədərdir bizi ayıq saxlayan
dəyərsiz birinə dəyər vermək unikal situasiyadır ki
özümüzü rədd edib, həyatı ölü kimi yaşayaq
ən başından səhv məndə idi, günah məndə
ağladığımı görməyənə gözüm gələr quraq əlbət
ruhuma ağrı verirdi, bir vaxt o sual məndə
cavabı “dürüstlük” imiş, misalı uzaq səndən
nələrdən keçdik, nələr itirdik gör nə üçün
bəzən yanlışlara yol tutdum düzdü bilmək üçün
bu qədər yaşanılmışlıqdan bir nəticəyə gəldim ki
bəzi insanlar hazır deyil, sevilmək üçün
baxmır heç xoş günlər üzümə belə
kədər əl çəkmədi ki, bir özümə gələm
danışım gülüşlərimdən, məni sevməyindən
hisslərində gizlənim mən
كلمات أغنية عشوائية
- dirtybutt - tiktoc كلمات الأغنية
- sigismondo d'india - exaudi domine vocem meam كلمات الأغنية
- den dipeza - dikkepeerzaag كلمات الأغنية
- wxlfless - jane birkin كلمات الأغنية
- orinn - khóc cùng em كلمات الأغنية
- bébe yana - bt14u كلمات الأغنية
- negicco & hy4_4yh - we ♡ ot كلمات الأغنية
- mitesh bhatt - apsara كلمات الأغنية
- planeterium كلمات الأغنية
- i.am.orange - catfish (the cost of living free) - demo كلمات الأغنية