
badclause music - sevgilər كلمات أغنية
[bənd]
…deyəsən özümdə deyiləm
sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm
əvvəl ömür_günün idim, indi könlündə deyiləm
sənlə ağlaram amma inan güləsi gündə deyiləm
geridə qalan xatirələrin intizarıyam
bəlkə də o vaxtı məni sevən ürəyin tək günahıyam
özümdə qərq olub itdiyim yuxunun oyaq halıyam
mənimi məndən alıb gedən kəsin son vidasıyam (bəlkə)
illər öncəsində qalmışam bu yorğun halımla
sevgini anlamayıb istifadə etdik adından
keçmişin unudan kəsin ilk mən çıxıram yadından
geriyə elə bir eşq qalıb ki, tam ayrılıq dadında
heç nə gəlmir əldən nə də, zaman rəhm edə bilmir
o qədər aldadılıb, zalım eşqi şərh edə bilmir
insafına düşən ləkə heyif ki, göz yaşıyla silinmir
çün, mənə etdiklərinə görə o özünü əfv edə bilmir
… intizarı bilinir hərdən
mən onda uşaqlığımı, o saflığını itirib məndə
biz bir_birimizə əksik, ağ_qara kimiyik sənlə
və həmişə birini ağladır həyat, o birini güldürəndə
arada soyuqluğun,uzaqlığın, ruhun hər naxışı itib
insanlığı var idi, o da sevgiyə qarışıb itib
taleyimlə barışıq idim, ölsə də mənə qarşı kini
əsla bağışlamayacam onu bunu o məndən yaxşı bilir
bütün varlığımla burdayam, vərəqsiz qələmsizəm
məhəbbətimi haqq sanardım həmişə, bu gün tərəfsizəm
səbrsizəm bir azca, şeirlərdəki adam deyiləm
gedirəm bir dəfəlik daha geri qayıdan deyiləm
[nəqərat]
məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida (əlvida, əlvida)
məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida, əlvida, sevgiylə…
كلمات أغنية عشوائية
- mowgli - bagheera كلمات أغنية
- dannii minogue - heaven can wait (7" mix) كلمات أغنية
- soulbek - organized chaos كلمات أغنية
- jennifer botched - loves it كلمات أغنية
- eidan - algo no funciona كلمات أغنية
- kuh ledesma - save the sunlight كلمات أغنية
- zachary campos - luna كلمات أغنية
- pebbles & tamtam - suki كلمات أغنية
- ken da don - coming back كلمات أغنية
- dasychira - bleed and glow كلمات أغنية