kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - qucaqla كلمات الأغنية

Loading...

[bənd 1]
gecələr gündüzümlə qarışıqdır, axır vaxtlar
bilirəm hamı gedəcək, amma nə olar, sən buraxma
ən yaxın dostlardan xeyir yoxdur, hamsı saxta
səndən uzaq olsam belə xatirələr qalıb otaqda

hər gün eyni dərdi çəkən bulaqdır, gözlər yaşımla
sadəcə bir baxışa görə qaldın əbədi yaddaşımda
bu mahnının yazılmağına səbəb sənsən ən başında
başqalarına bənzəmirsən, onlar artıq yadlaşırlar

yuxusuzluq dəli eləyir istəmədən ağlayanda
sən gecələr şirin yuxuda nə olar mənə görə oyanma
öskürək də bir yandan, sən bir yandan, dərd bir
yandan, sıxır məni, “yaxşıyam” desəm, inanma

mürəkkəbdən ətrin gəlir, vərəqlərim kövrələndə
zaman geriyə qaytarmır, xatirələri köhnələndə
həyatıma girmisənsə, əziyyət olar, çıxma bir də
ciyərlərim tütün istər, qəlbə qonaq sən gələndə

[nəqərat]
ətrini məndən alır küləklər
sən həmişəlik dustaq ürəkdə
qucaqla məni, bir yerdə ölək gəl
cismimi al, ruhumsa göylərə
ətrini məndən alır küləklər
sən həmişəlik dustaq ürəkdə
qucaqla məni, bir yerdə ölək gəl
cismimi al, ruhumsa göylərə

[bənd 2]
həmişə susdum mən, yazım bir_iki cümlə
boz həyatın çərçivələri rəngə dolur sən güləndə
sözlərin qədər isitmir gözlərini düşünmək də
sənsiz gecələr çoxalır yoxluğunu düşünməkdən

gözyaşım torpaq olsa basdırardım özümü orda
yaşamağıma səbəb olsun _ qəlbindən ümid yolla
arzuların böyükdürsə, mənə də bir yer ayır orda
sən gülümsə mən dərdinə ağlayaram narahat olma

sənlə yazdığım talehi, kaş öncədən pozsaydım
münasibət dağılırdı, sən bu işdə ustaydın
sənsizlik möcüzəydi, amma ki, mən yox saydım
hər şey daha gözəl olardı, qollarımda olsaydın

[nəqərat]
ətrini məndən alır küləklər
sən həmişəlik dustaq ürəkdə
qucaqla məni, bir yerdə ölək gəl
cismimi al, ruhumsa göylərə
ətrini məndən alır küləklər
sən həmişəlik dustaq ürəkdə
qucaqla məni, bir yerdə ölək gəl
cismimi al, ruhumsa göylərə

ətrini məndən alır küləklər
sən həmişəlik dustaq ürəkdə
qucaqla məni, bir yerdə ölək gəl
cismimi al, ruhumsa göylərə

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...