badclause music - park كلمات الأغنية
[bənd 1]
yaşadığı binanın ən sonuncu mərtəbəsində addım atmaq
ya atmamaq arasındakı dilemmada fikirlərlə müharibəsində yalnızdır
varmı kimsə gözləyəni, yoxsa o nahaq yerəmi özü dirənir?
bu əsna, bu məqam tanış gəlir… danışım, deməli
dünyada zülm onun payına düşüb, qeybə çəkilib üzündə saf gülüşü
hər dəqiqə daha da fikirli, qərarsız, beləcə günlər, aylar ötüşür
bir neçə dərd gizlədib özlüyündə o zamansız intiharlar üçün
həyat gözlədiyi kimi gedir, o gözləyir, həyat gedir, deyir: harada düşüm?!
bezarlıq qopmur üz_gözündən, hiss eləyir hər an özün daha dibdə
artır ürək döyüntüləri, həyəcan, qorxur ki, aşağıya baxa birdən
gecələri də qarışmır xeyrə, görmür evdə qayğı, yox daha diqqət
borc_xərc içində, min dərd içində, amma özün əsla ucuza sata bilməz
belə deyim, vəziyyət o həddə gəlib ki, heç bir xoş söz ürəyi yumşaltmır
mən ona günəşi göstərirəm, o isə əlimə baxır, görmür göyqurşağını
səmada parıltı heç bir şey ifadə eləmir, heç bir işartıya
yer yoxdur qaranlığında, həminki yaş da deyil yaşı artıq…
səhrada geriyə dönmək belə irəliləmək kimidir
öz həyatına ayna arxasından baxıb, heç nə edə bilməmək kimidir
və yenə oyanır, hər gecə eyni yuxu, bir aydır ki, dəli kimidir
yaşayıb gördüyü həyat deyil, yuxuda belə ölə bilməmək kimidir
[bənd 2]
heç bir qış onu üşütməyib mənim soyuqluğum qədər
özümü nə qədər axtardım, tapmadım, qayıtdım ona vurulduğum yerə…
səni soruşur hər doldurduğum qədəh, gözlərinmiş boğulduğum dərə
mənlə istədiyin qədər vidalaş, amma heç vaxt “son” olduğun demə
göz gəzdirirəm, özü yoxdur otaqda, amma ki, hara baxıram, hər yanda o var
başqa fəsillərdə doğmalıq yox, yenə soyuqlar ola, noyabr ola
xatirələrin əksəri unudulmuş, düşürəm artıq hər yada uzaq
çata bilmədim heç fəryada, eləcə itib getdi dəryada o da
parça_parça yığım göz yaşından, birləşdirim özümü
mümkünsüz saydığın bu məhəbbətsə, mümkünləşdirim özümü
nəzərimdən yayınan nə hissin qalıbsa, de, üzləşdirim özümü
bitməsin istəmirsənsə sözlərimin, vergülləşdirim özümü
mənə olan eşqin bir vaxt canfəşanlı idi, uşağın oyuncaq həvəsinə bir
sən azadlıq istəyirdin, mənsə qəlbimə bağlayıb səni qəfəs elədim
indi sevgi qalıb ovucumda, nə gözləyənim var, nə də sevənim
özgə meylərə sərxoş oldun, əldə bir qədəh şərab məni əvəz elədi…
كلمات أغنية عشوائية
- rednex - football is our religion كلمات الأغنية
- hyland - desperate man كلمات الأغنية
- chromatics - running from the sun كلمات الأغنية
- diana ross - so you wanted to see the wizard كلمات الأغنية
- sesame street - up and down كلمات الأغنية
- libera - the first nowell كلمات الأغنية
- camera obscura - william's heart كلمات الأغنية
- nick heyward - january man كلمات الأغنية
- amy lavere - day like any كلمات الأغنية
- eddie fisher - downhearted كلمات الأغنية