badclause music - pərdə arxası كلمات الأغنية
[nəqərat]
baxışların səma, gözlərinsə ay_günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək_tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ
[bənd 1]
necə ki ötüb keçib istəmədən itirdiyimiz hər şey
necə yaddan çıxıb, o doğmalıqlar, gör necə yadlaşmışıq…
artıq göz_gözə gəlsək də, dodaqlar dinmir
ruhlar tanışdır çoxdan, ürək isə tanıya bilmir
insanı dəyişən elə məncə tənhalıqlar olur
çünki özün öz səhvlərinlə məcbur olaraq üzləşirsən
həyatsa elə bir tələdir ki, ora həm düşmək, həm çıxmaq olur
əgər ki, elədiyin düşündüyünlə düz gəlirsə
nə qədər göz yumacağıq olanlara?
nə qədər yalandan “yaxşıyıq” deyəcəyik hal soranlara
hara qədər saxta təbəssümlə günlər ötəcək ömürdən?
kimləri alacaq yaradan, kimi döndərəcək ölümdən?
hər şey təsadüfdür, bəlkə də səhv qərar düzdür
nə vaxtsa ölür sevgi, amma ki, nifrət ölümsüzdür
yaşamaq könülsüzdür, həyata gözün toxdursa
çox pul da mənasızdır, qoyacağın boş cibin yoxdursa
[nəqərat]
baxışların səma, gözlərinsə ay_günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək_tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ
[bənd 2]
hər kəs doğrudursa əgər günahkardır kim?
hər şeyi rədd eləyib çıxıb getmək necə asandır ki?
nədənsə yüz haqsızlıq görürük bir az haqq edib
adətən dəlilər böyük düşünür, ağıllı axmaq kimi
nə dost, nə tanış, nə də ki, doğma birisi çatır köməyinə
qalırsan sarayda möhtac, kasıbın yavan çörəyinə
fikirlərin anlaşılmazdır və əl çatmır ürəyinə
saxtadır həqiqətlər, düşürük onun_bunun kələyinə
bizi xilas edən yoxdur, dustaq olmuşuq daha
bizə mərhəmət göstərən yox, həyat çəkir çarmıxa
pambığı yığıb sandığa, gizlətdik həqiqətləri
hər şey darmadağındır, artıq yox səliqəm qəti
göylər yerin güzgüsü, əslində yoxdur səma
tanrı gözlərini yumur və qaranlıq çökür tamam
həyat çəkir sınağa, (vurur, yıxır) qəddarcasına
gülə bilmirsən ürəkdən, dərdin dönür dağa
(çünki,sənin)
[nəqərat]
baxışların səma, gözlərinsə ay_günəşim
kirpiklərin ulduzlar, göz qapaqların cəhətim
tək qalmışam, (tək_tənha) zülmət hər tərəfim
soyuq gecə, soyuqdur necə…
mən ötüb keçər deyə düşünürəm hələ
كلمات أغنية عشوائية
- azpak - nakra ghaya كلمات الأغنية
- elizabeth & the catapult - wish i didn't كلمات الأغنية
- drake - started from the bottom (remix) كلمات الأغنية
- yuna - your love كلمات الأغنية
- the rural alberta advantage - the ballad of the raa كلمات الأغنية
- bjørnskov - en anden كلمات الأغنية
- rymez - kryptonite كلمات الأغنية
- tink - she loves him كلمات الأغنية
- ryanthechef - last days كلمات الأغنية
- milonair - alltag كلمات الأغنية