
badclause music - naxoş dinləmələr (akustik) كلمات أغنية
[bənd 1] [badclause]
yar, canım dərd çəkir, yenə birtəhər oluram mən
nəfəs_nəfəsə qalır bədənim, qan_tər oluram mən
bir gecə yuxu getmir gözünə, səhər oluram mən
kimləsə gözəl keçir günün, o günə zəhər oluram mən
bəzən sükuta səs, səs_küyünəsə bəs oluram mən
bezirsən hər kəsdən, yad ölkəyə səfər oluram mən
zaman yorur səni, üzünə cizgilər oluram mən
deyəsən bəxtə xudadır tale, oyuna zər oluram mən
qırıram bütün qəlbləri, bir günlük sən oluram mən
mənsiz alınmır, hər bir xeyrinə şər oluram mən
kölgəsiz ölürəm zülmətdə, tənha məhv oluram mən
şeytanın oxu kamandan çıxan günə hədəf oluram mən
gərginləşirəm hər işində, əşi əsəb oluram mən
bir gün kefin olmur, soyuq çayına dəm oluram mən
özgəsiylə qocalırsan, saçında dən oluram mən
bircə mahnım bəsdir ki, göz yaşına səbəb oluram mən
[nəqərat] [kamil samedli]
bir sabah oyandım
gördüm sən yox oldun
yoruldum…
yalnızlıqdan yoruldum
səbəbini axtaran gözüm
səni axtarırdı hər gecə
yalan oldu
yaşananlar yalan oldu
[bənd 2] [badclause]
illər öncəsində qalmışam bu yorğun halımla
sevgini anlamayıb istifadə etdik adından
keçmişin unudan kəsin ilk mən çıxıram yadından
geriyə elə bir eşq qalıb ki, tam ayrılıq dadında
heç nə gəlmir əldən nə də, zaman rəhm edə bilmir
o qədər aldadılıb, zalım eşqi şərh edə bilmir
insafına düşən ləkə heyif ki, göz yaşıyla silinmir
mənə etdiklərinə görə o özünü əfv edə bilmir
… intizarı bilinir hərdən
mən onda uşaqlığımı, o saflığını itirib məndə
biz bir_birimizə əksik, ağ_qara kimiyik sənlə
və həmişə birini ağladır həyat, o birini güldürəndə
arada soyuqluğun, uzaqlığın, ruhun hər naxışı itib
insanlığı var idi, o da sevgiyə qarışıb itib
talehimlə barışıq idim, ölsə də mənə qarşı kini
əsla bağışlamayacam onu bunu o məndən yaxşı bilir
[nəqərat] [kamil samedli]
bir sabah oyandım
gördüm sən yox oldun
yoruldum…
yalnızlıqdan yoruldum
səbəbini axtaran gözüm
səni axtarırdı hər gecə
yalan oldu
yaşananlar yalan oldu
كلمات أغنية عشوائية
- diplo - hometown كلمات أغنية
- puss n boots - it's not easy كلمات أغنية
- dan millson - i miss you my friend كلمات أغنية
- gli alisei - l'ultimo traguardo كلمات أغنية
- sodeep & lil rock look - dulce كلمات أغنية
- cauty - mal necesario (part. lenny tavárez) كلمات أغنية
- gunfire 76 - rocket to nowhere كلمات أغنية
- philthy rich - player shit (remix) كلمات أغنية
- pick patek - sideline story كلمات أغنية
- maizoon - they call me death prod.emxboi كلمات أغنية