badclause music - iyirmibeş كلمات الأغنية
[bənd]
artıq baxışlarında o vaxtkı ifadə yoxdur
artıq sənə qarşı olan hislərimin adı yoxdur
artıq sözlər belə yarım qalıb ardı yoxdur
o vaxt geri dönə bilərdi, artıq ixtiyarı yoxdur
əlimi tutmağa yox, ixtiyarı unutmağa
keçən o gözəl günləri, xatirələri qırağa atmağa
itirib gül camalındakı qəmzəsin hər gün ağlamaq
özlüyündə üzü də qalmayıbdı artıq üzümə baxmağa
dəyişib saç düzümün, dəyişib gülüşlərini
bu dəfə başqası da yoxdur ki, gəlib quruda dənizlərini
tənhalıqsa qəliz gəlmir ona, çünki o itirib daha saf hislərini
geriyə də dönə bilmir, qarışdırır ayaq izlərini
yoxdur bir dəvası dərdinin, yoxdur çarəsi
boğulur öz bağırtılarında yox, duyan naləsin
o itirib artıq ailəsin öz yalan_dolanlarında
güvəni də qalmayıb özünə qarşı addımlar iradəsiz
ovuclarıma sığınan cümlələrin intizarıdır bu
səmaya qalxan ruhumun ürəyimə fəryadıdır bu
cəhənnəm iztirabıdır bu, hansı ki yandırır canımı
əzəldən günah idi bu, indi yorur vicdanımı
bəlkə də, əvvəlki vaxtlara geri dönmək istəyərdim
həminki skamekada, həminki həyəcanla
yolunu gözləyən o insanın yerində olmaq
istəyərdim mən, həminki tənhalığımla
heyif ki, pozduğumuz andlar buna imkan vermir
nə qədər sadə görünsə də, ayrılıq canımdan can alır bu gün
məhəbbətə kor gözləriylə baxan insan sevmir
o insanın yeridir ki, ürəkdə boş qalıb bu gün
doğma prospektdən yad biri kimi ötüb keçmək
bu küt nəzərlə kəsilmir soyuq addımların ardı
islanmış səkidəki ayaq izlərini ayırd etmək
bu küçədən hər keçdiyimizdə məni qucaqlayardı
birinci dəfə məhz bu yolda toxunmuşdum əllərinə
sakitcə qucaqlayıb, eşqi etiraf eləmişdim
utandığımdan baxa bilməmişdim gözlərinə
amma necə sevindiyimi ilk öpüşdən hiss eləmişdi
o gündən ümidlərimi azad elədim boz səmaya
artıq üzülməyimçün bir səbəb qalmamışdı
bu gedişlə sevgimiz addım atdı düz bir aya
gecə təbrik mesajı yazanda sevincdən ağlamışdım
yəqin ki, ona da xoş gəlirdi körpətək sevilməyi
o gənc yaşımda uşaqlığımı geriyə qaytarırdı
ən dar vaxtlarında belə ikimizi bir düşünməyi
sanki məni məndən alıb ayrı bir yerə aparırdı
bakının küçələrində parisdəymişik kimi gəzmək
yorğun halının ardından üzünə gülüş səpir
hər dəfə eyni küçədən ilk dəfəymiş kimi keçmək
həminki həyəcanı duymaq birazca gülümsədir
ikinci ayı geridə qoyduq, bir az soyuqluq var idi
çünki təkcə sevgi bəs eləmirdi bəzi şeylər üçün
üzülməyini istəmirdim, həyatı yaxşı olmalıydı
“canım, hər şey düzələcək”, _ demişdim, gözlərindən öpüb
nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı
elə bil kimsə əlindən bütün ümidlərin almışdı
mən yenə yanında olmağa çalışırdım pis_yaxşı
amma bunu hiss edə bilmirdi məni də yadırğamışdı
beləcə ötüb keçən hər gün daha pisləşirdi
hətta günahı da özümdə görməyə başlayırdım
hər şey düzəlmək yerinə daha da qəlizləşirdi
artıq münasibəti ayaqda tək saxlayırdım
get_gedə azalmışdı görüş günləri
mən mesaj yazmadıqca qürur eliyib salmırdı yada
gözümdən gözün qaçırdır, yalandan gülüşlərindən
başa düşürdüm ki, əvvəlkitək sevmirdi daha məni
nə biləydim ki, sonunda ayrılıq var bu çağların?
heyif ki, bu qədər xoşbəxtlik ona dərd olmuşdu
mən ayrı qalmaq istəmirəm deyib, bərk qucaqlayıb
barışmaq istəyəndə o, nöqtəni çoxdan qoymuşdu
o günün axşamında qaraladığım beş_altı cümlə
o qədər yaşanılmışlıqlarımıza tamam tərs gəlir
sonuncu görüşümüzdən ötüb keçən on altı gündə
hər axşam evə gəlməyini gizlincə izlədim sənin
nə yalan deyim, çox darıxmışam təbəssümün üçün
çünki bu məni xoşbəxt edən yeganə şey idi
artıq bəhanəm də yoxdu, yolunu gözləməyimçün
çünki o görüşə gecikib özgə birini gözlədir indi
mən özümü sənlə birgə təsəvvür etmişdim
məni sənsiz görən insanları kor olub deyə düşünürdüm
nə qədər yanıldığımı çox gec dərk etmişdim mən
sən demə, xəyalındakı sevgin deyilmiş ömürlük
kiçik bir boşluğu səhvən böyük sevgiylə doldurub
çoxdan həddini aşmışdım eşq ehtiyacının
sənə günəş olmuşdum mən, min özgə çiçəyi soldurub
bu ömür bağçasında bircə səndə görüb əlacımı
bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu
bu adam mən deyiləm, axı bunu sən yaratmısan
hələ də gəlib_gedib səni soruşur məndən çoxsu
sənsə məndən əl çəkib özgə könlünə yatmısan
ən gözəl bəhanəydi sənin məni uzaqda görməyin
hər şey yoluna düşə bilərdi, ayrılıq olmamalıydı
mənim ətrim qoxan bəyaz cizgili mavi köynəyin
naxışlarına başqa birinin əli toxunmamalıydı
yetəri qədər uzaqlaşa bilmişdi məndən axır
sonuncu sözü olmuşdu ki, gedirəm, qayıdan deyiləm
özü dəfələrlə dedi ki, ayrılacağıq əvvəl_axır amma ki
hər nə olsa da, mən heç nəyə görə peşman deyiləm
“sən qol_qanadımsan” _ demişdi ilk başlarda
indi qolları özgə ünvanda qanadsız qalıb
dedik ki, bu möcüzə olardı əgər bir yaşlansaq
möcüzəyə inanmır, indi sözüm cavabsız qalır
heyif ki, bitdi bu sevda 4 ay tamam olmadan
onu həsrət çəkməyə qoymurlar özgə diyarda
dedi ki, çıxma önümə bir də əgər heç qarşılaşmasaq
rahatca unuduram və zərrə qədər canım yanmaz
necə rədd edə bildiyinə baxdım təəccüb içində
son iyirmi bir ildə məni kimsə bu qədər yormamışdı
təbii ki, hörmət ilə yanaşırdım hər bir seçiminə
amma daha hörmət edəsi bir seçim də qalmamışdı
olan_olub artıq keçi, olana çarə olacaqlardı
təkcə gələcəyə baxmaq keçmişi unutdurmur
sənin haqqında yazdığım dəftərdə ocaq yandı
qıraqda boş qalan hər vərəq ümidə sübutdurmu?
ürəyim səni sevdikcə daxildə məhv olurmuşam
elə bil dörd ay öncə ölüb dünən dəfn olunmuşam
yanlış səhnədəymişəm, ya tamam səhv roluymuşam
bəsdir əl çəkin artıq məndən, çox yorulmuşam
indi öz dərdinə yan, səni mənsiz həyat gözləyir
artıq yıxılsan da əlini tutan biri olmayacaq
o getdiyin yolda gəlib tənha tapacaqlar səni
geri dönəcəksən, amma inan həminki miri olmayacaq
bu haqda heç bir şey danışmaq istəmirəm daha
canımı yandırır hər bir cümlədə içimdən gələn
sən bilən əvvəlki kimi gücüm yoxdur səni bağışlamağa
çıx get indi, haqqımı halal eləmirəm sənə!
كلمات أغنية عشوائية
- paul berra - prince of darkness كلمات الأغنية
- frank black - repo man كلمات الأغنية
- karel gott - eine liebe ist viele traumlnen wert كلمات الأغنية
- my bubba - hwaii blus كلمات الأغنية
- rubby pérez - volveré كلمات الأغنية
- mansfield.tya - des coups, des coeurs كلمات الأغنية
- hari mata hari - ja nemam snage da te ne volim كلمات الأغنية
- sister's barbershop - 어제 만난 슈팅스타 (yesterday i met a shooting star) كلمات الأغنية
- dismal - one step in the dark كلمات الأغنية
- adf samski - ribba كلمات الأغنية