badclause music - iki dünya كلمات الأغنية
[bənd 1] [badclause]
açıram bağlanmış bir kitabı, açıram qəm dəftərin, haqq_hesabın
açıram elə sevgi qapılarını ki, hansılar ki heçə sayır maddiyyatı
unuldulmasın yaşananlar, ümidlər üzünə təbəssüm qonsun ən azı
gərək, ürək tox olsun dolu, ya da boş cibin eşqə heç olmasın aidiyyatı
biz neçə_neçə qasırğadan sağ çıxmışıq, neçə sərt dalğa görmüşük
neçə ağlayan üzü güldürmüşük, indisə ağlayan elə biz özümüzmüşük
uzun yolda, tək_tanha şəhərdən uzaqlaşan insanın bezarlığıyıq biz
kimsəsiz ölən kəslərin, tərk edilən evlərin məzarlığıyıq biz
bol çirkab içində boğuluruq, çarə qılan yox, kömək edən yoxdur
çıxıb gedən var, geri gələn yoxdur, hələ də yaxşılıq gözləyir çoxsu
bir_birimizə nə qədər uzaq olsaq da, küləyimiz eynidir, yağışımız eyni
kədərimiz eynidir, gülüş eyni, amma kaş həmişəkitək görüşəydik
çünki biz birlikdə olanda ayrı cür dönür dünya, ayrı cür axır zaman
yox olur ağrılar, bitir gecələrim, payız olan diyara gəlir bahar
indisə yoxdu heç nə bir salam, nə də bir xatirə sənin ardından qalan
üstümə çökür bu cümlə_cahan, sən bir dünya, mənsə bir insanam yar
çək qara buludlarını üstümdən, günəşin saçağına kölgələr hörmə
uzaqlığın bir faydası yox, inan, son ümid çırağın sönmədən dön gəl
yolunu çaşmağını gözlər hər döngə, sənlə keçən hər bir gün bədəl ömürə
üzr istərəm, haqqım halaldır, amma gördüyüm günləri görmədən ölmə
[nəqərat] [sura iskəndərli]
məni dərd alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar
alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar
[bənd 2] [badclause]
qəlbim yüz xəyanətə adət, amma mən sevdim içdən onu xəyalən
qaytar gözlərimin önünə, ya rəbb, sevdiyim o gözəl qızı, necə də biçarə
olduğunu görüm, necə təngənəfəs olub yollarımda, necə mənsiz qalıb
bircə yalana qurban gedən yarım, illərlə özünü səhvsiz sanıb
heç vaxt əməlini bağışlaya bilməz, nəticəsi əlvidadırsa sonda
qır qələmini, cır vərəqləri, tulla, yerli_dibli unut, al qisas ondan
əgər uzaqlar əngəldirsə yoluna, mən cümlələrdə qovuşdurum bizi
bu gün salam_sağoluna möhtac qalıb, hər gün əhvalını soruşduğun biri
yanımda qaldığın zamanlara yazılan iyirmi beşinci məktubumdur bu
məhəbbətin naxış olduğu xalçaya toz_torpaq atan tək qürurdurmu?
eşqə ac ürəyimi qəm doyuzdurur, səhvlərimin üzünə kin qusur qələmim
qəlbimə hələ də heyranam ki, necə sevə bilirdi min qüsurla səni?
amma məndə də səhv var idi, qəlbini qırdım həmin tək qadının
indi bilmirəm hansı şeirə sığdırım, ya necə tərk edim bu tənhalığı
bəlkə, günah elə hər ikimizdə idi ki, bağlılığı eşqlə səhv salırıq
artıq bütün olanlar keçib, artıq ayrıyıq… tək qalırıq
[nəqərat] [sura iskəndərli]
məni dərd alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar
alacaq səni yadlar
kim tutacaq əlindən sevgimizin?
bu sevgi bizim…
kül oldum, keçmir saatlar
كلمات أغنية عشوائية
- cauty & lenny tavárez - la pena كلمات الأغنية
- supremme de luxe - fiebre (2023) كلمات الأغنية
- dioss - 3. tout stopper كلمات الأغنية
- wstdyth - stonehenge كلمات الأغنية
- the apology club - it gets worse كلمات الأغنية
- morpheus sleep - номер كلمات الأغنية
- cheetah - polyphony كلمات الأغنية
- el descanso cumbiero - wachitopus كلمات الأغنية
- coaley - bop it كلمات الأغنية
- sonars - desert moon كلمات الأغنية