badclause music - heyif كلمات الأغنية
[bənd]
biz ikimiz heç vaxt bir cəm ola bilmərik
münasibət fərq etdikcə
sənlə necə tamamlandığımı görürdüm
tənhalığımı dərk etdikcə
nədənsə yaşamaq xoş gəlirdi sənə
mən nəfəs almağı tərgitdikcə
sona qalan təkcə xətrin var idi
o da gedir əldən sən getdikcə
bitdiyini sandığım hekayənin
qaldığı yerdən başlaması
lap zəhləsi getsin məndən nifrət eləsin
amma heç vaxt daşlamasın
başqa ürəyin içində olmaram, olsa da
başqa qələm, başqa yazı
sadəcə fərqli qucaqlarda tapır özün o
heç kim başqa şey anlamasın (!)
qorxuram onla danışmağa
bilmirəm üzləşəcəm hansı üzüylə
dəli_dolu vaxtlarımıza düşdü bu sevgi
çox oynadıq ocağın közüylə
xəyalları uzaqlar idi
məni də aparacaqdı getsə özüylə
amma indi fırlanır yüzüylə
hətta ayaq yeri də qoyub nişan üzüyünə
həyat davam edir onunçün heç nə fani
nə də ölüm ani deyil
əvvəlkitək nurani də deyil ki
baxan gözlərinə “mirvari” deyim
həmi imkanatı xudmani deyil
daha dəyişib çox şey, çox eyib!
kiçik şeylərlə xoşbəxt ola bilmir
ömrünü versən “yox” deyir!
elə bir küskünlük qoymusan ki
hüzür saxlamağa gəlmir üzüm
elə bədbəxt bir kəssən ki
özgə xoşbəxtliklərə belə gözün düşür!
mən yanlışamsa, sən de düzün
düzgünlüyün varsa, bəs bir üzr
amma dolubdur zir_zibillərinlə səbr küpüm
daha qalanın özün düşün…
كلمات أغنية عشوائية
- faithless - don't leave كلمات الأغنية
- just kiddin - hurting كلمات الأغنية
- bobby "boris" pickett - me and my mummy كلمات الأغنية
- umbra et imago - sonntagsandacht كلمات الأغنية
- elefante - resplandor كلمات الأغنية
- richard anthony - les beaux jours كلمات الأغنية
- dgm - a day without the sun كلمات الأغنية
- kiss the fish - the way (she goes) كلمات الأغنية
- poor old lu - more كلمات الأغنية
- lucilio - only in my dreams كلمات الأغنية