
badclause music - ekstaz كلمات أغنية
[bənd]
adətən kimisə sevəndə çox sevirik olub təslimi
bəzən doğmalar çıxır gedir və yolun kəsmirik
bir gün xoşbəxtik qalan günlər onun tərsidir
və hər şey yoluna düşdüyü anda keçir otun təsiri
xoş günə gedən qayıqda azdırır külək yolumu
ayrılsaq da mən də gülürəm, güldüyünü biləndə onun
dolduqca bakal, dolur gözlərim, amma ürək dolmur
və bəzən tək ağlamaq kimləsə gülməkdən zordur
hmm… yadlaşıram şeirlərimlə
hər gün daha da ümidsiz və keçir heyiflə illər
səmimiyyət uzaqlaşır, addım addımın ardıyca
soyuq gecələr isə daha xoş isti səhərlərindən
bir badə şübhə yox, eşqlə tam dolmalıdır
hər şey yaxşı olacaq_la olmur, icraat olmalıdır
başa saldım ki, həmişə düzü deyib, üzü ağ olmalıdır
insan hər yalanı yeməməlidir, damaqda dad olmalıdır
atamla bir qocalırdım, yaşım hələ gənc ola_ola
yaşamaq istəmirdim, yalnızlığıma qərq ola_ola
deyirdi zirvəyə can atma, yamaclarında dolan
sən insanlığını qoru əsas, sonrasına nə olar_olar
… yazar qələm, kəlmə tükənməz
aynalar pərişan, əksim ilə hər görüşəndə
mən yenə məndən uzaq, qəliz, bircə sənlə mükəmməl
nədənsə hələ də can yanır, sətirdən sətirə düşəndə
ya bitib artıq həyat, ya insanlıq başlamayıb hələ
buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə
birinə gülüş bəxş eliyən tale, başqa birinə qəm
verdikcə, hüznlü olacaq həyat şeirlər qədər
كلمات أغنية عشوائية
- finn (de) - haut كلمات أغنية
- the new siberians - all the kids كلمات أغنية
- xmisled - never enough كلمات أغنية
- pescro - исход (ishod) كلمات أغنية
- sophie - infatuation (lichtbogen dreamin' remix) كلمات أغنية
- sailor boyfriend - tracy كلمات أغنية
- audio push - aly and aaliyah كلمات أغنية
- easi 12 - sajilo كلمات أغنية
- the venice connection - crash into me كلمات أغنية
- bethany music - build my life كلمات أغنية