kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - deyəsən unutmusan كلمات الأغنية

Loading...

[bənd]
mənim bir arzum var, ömrümə qəm_kədər saldı
mənim bir ağrım var, ağlamağıma səbəbkardır
okean ortasında qayıq, külək aşırdı hər yelkəni
yolun düz ortasındayıq. gəl yenidən tərk et məni

yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim
gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin səsi gəlmir
vərəqlər qəhərlənir…
unutmusan deyəsən, mənlə açdığın səhərləri

mən sahib olmadığım hər şeyi borcluyam sənə
sən yaşanılan hər yalnızlığın ən gözəl halısan
boşdur cümlələr, sənə sərxoşdur bu bədən
eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən

aşağıda göydələn, üstündə bir cüt ayaq
köndələn ipin zolaqlarının silüetində öldü kölgələr
ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl
yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən

görən nələr qalıbdır həyatın özgə səhifələrində?
illərdir intihar küləktək əsir pərdələrində
otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər
cənnət saydım onu bu dünyanın cəhənnəmində

onun saçlarında basdırdım ruhumu bir gecə
xəbəri belə olmadı, qollarımda yatmışdı necə
öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə
bir pıçıltı qopdu bağrımdan oyandım nəsə

yuxumda yuxuya gedən sevdiyimin ətri üst_başımdan uçur
onuncu mərtəbədən tərk eləyir pal_paltarımı
bütün tənhalıqlarımın dərmanını aldı əlimdən
qadınım, çıxıb getdi, ən sonunda tək qaldım

sən sardın hər yanımı, tüstüyə qarışıb
əhvalım çaş_baş qalıb, dolaşıq qaşqabaq bulaşıb
üzümün cizgilərinə. atmışam həyatın daşın
bir də ayılanda gördüm ki, artıq altmış olub yaşım

yavaş_yavaş yaxınlaşır, sonuncu dayanacaq
müəmmalıdır ki, kim gedəcək, kim qalacaq
üzümdən itib gülüş, kefim yoxdur bir balaca
çün, bugünkü xoşbəxtliklər nəvaxtsa dərd olacaq

ikimiz ayrı_ayrı parçalarıyıq eyni cümlənin
bizi birləşdirmək üçün bir söz bəsdir, inan
yeganə dərmanı qayğı idi bəzi xəstəliklərin
mən özüm qayğıya möhtacam, sən də xəstələn bir az

köhnə bəstələr dayaz qalıbdı dərinliyində
dostların səni sevmir, saxtalığını tərifləyirlər
o gileylənir _ deyirlər, _ yalanlar ilə, şər ilə
amma çalış uzaq saxla eyiblərini gəlinliyindən

artıq nə inciyim mən? peşman olub sözlərim
səni son dəfə görəndə dolmuşdu bu korun gözləri
yadında yadlara tay yoxluğa qərq oldum üstəlik
sən bir gün getdin, mənsə yüz il yolunu gözlədim

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...