badclause music - bəzən lyrics
[bənd 1]
bəzən baxışların danışar və sən susarsan
sevgi tüstü, içinə çəkmə, birdən boğularsan
bəzən sadəcə itirməkdən qorxarsan
bəzən bu cümlələr bitməz, amma bitər insan
çox dərinə batdım mən demişdim boğulmayacam
söz verirəm qızım olsa sənin adını da qoymayacam
hər şey yaxşı olar demə, heç bir pox da olmayacaq
qırdığım o ürəyinin də içi heç vaxt dolmayacaq
bacardığım tək şeydir bu, bilirəm nədir incitmək
boş otaqda pərdə bağlı, gözyaşında ölüb_itmək
danışdıqca batan ürəyin sütunlarını bərkitmək
inan ki, çox qəribə hissdir həyat yolunu tək getmək
hər bir şeyi özüm elədim kiməsə arxalanmadan
ölsəm halallığını ver qanım laxtalanmadan
peşmançılıq xeyir vermir üzə dəyirsə sonradan
bədənim ərisin qollarında buz_şaxtada donmadan
[nəqərat]
səndən uzaqlarda məni qaytara biləcək
ümid işığı söndü
sənin gəlişinlə qırağa atdığım
qəm kədərim üzümə geri döndü
səndən uzaqlarda məni qaytara biləcək
ümid işığı söndü
sənin gəlişinlə qırağa atdığım
qəm kədərim üzümə geri döndü
[bənd 2]
bəzən incisən də darıxıb danışarsan
bəzən yazmadıqca yoxluğuma da alışarsan
xətri qıran cümlələrə son verməyə çalışarsan
amma ki, heç nə alınmaz, yenə başa qayıdarsan
qayıdarsan deyə düşündüm, yenidən şeirlərimə
çəkdikcə ağrı verir zəhər, sənlə gedir dərinə
əllərini sərbəst burax, toxunsun əllərimə
gülüşünə aşiq olduğum, mən varamsa kədərlənmə
sən gedəndə qəmlə doldu baxışlarım pəncərəmdə
deyirlər ki, sevməyən dönmür, dönmür tərk edən də
bir neçə gün özümə gəlmədim mən səni tərgidəndə
şair ruhum donub qaldı məhəbbətimi kəşf edəndə
səsim titrəyəndə kefin pozulurdu
biz heç vaxt biz olmadıq, özgə sənə yar olurdu
xətrinə dəyməməkçün susmaqdan yorulurdum
həyatından getməliydim, artıq gec olurdum
[nəqərat]
səndən uzaqlarda məni qaytara biləcək
ümid işığı söndü
sənin gəlişinlə qırağa atdığım
qəm kədərim üzümə geri döndü
səndən uzaqlarda məni qaytara biləcək
ümid işığı söndü
sənin gəlişinlə qırağa atdığım
qəm kədərim üzümə geri döndü
كلمات أغنية عشوائية
- tae - i did lyrics
- rollins band - side by side lyrics
- look vibrant - numb your spirit lyrics
- playing rapunzel - middle ages lyrics
- percival schuttenbach - vypraulyala maci syna lyrics
- colonel glow - cristiano ronaldo song (parody) lyrics
- keywest - the happiness project lyrics
- souldia - wd40 lyrics
- kid kern - die with you lyrics
- jowin - pack your bags lyrics