aygün bəylər - sən artıq bir keçmişsən mənim üçün كلمات الأغنية
[bənd 1]
sən əsən bir küləksən, qəlbimi üşüdən keçmişsən mənim üçün
sən axıb gedən çaysan, daha keçmişsən mənim üçün
sən bir zaman xəyallarımda qurduğum büllur saraysan
artıq dağılıb uçmusan mənim üçün
sən bir ömürsən, uzaq keçmişə dönən bir ömür
sən qar olan qürub çağısan, dünənimin qürubu
[keçid]
sən batan bir günəşsən, bəxtim qədər qara
bir taleyin, bir taleyin gecəsisən
gecəsisən, gecəsisən mənim üçün
[nəqərat]
bir ömür yaşadım səninlə birgə
yalnız ürəyini qoruya bildim
bütün varlığınla getdin hər gecə
ürəyim sənindir, dedin gizlicə
əlimə uzanan əllərin hanı?
məni ram eyləyən dodaqlar hanı?
gör nə tez keçmişə dönübdür bunlar
indi başqasını qoynundasan sən
ağrılı keçmişsən mənim üçün sən
bəlkə də, ölmüşəm sənin üçün mən
sən layiq deyilsən ağrı, acıya
çiynində daşınmaz yük gəzdirirsən
məcburən gülürsən insan üzünə
ürəksə ağlayır, məhv olursan sən
mənim sığal çəkib öpdüyüm tellər
hansı sinələrə kölgə salıbdır?
mənim əksim düşən ala gözlərdə
nə bilim, kimlərin əksi qalıbdır?
[bənd 2]
artıq bir keçmişsən sən mənim üçün
çünki itirirəm səni hər gecə
saf idin, pak idin körpə ikən sən, körpə ikən sən
ömrünün əziz ilk baharında taleymi, insanmı yıxdı evini?
acı gözyaşılarından, bəndəliyin o, o çirkab qaranlıqlarından
tanrı da səni, tanrı da səni qoruya bilmədi
[keçid]
sən batan bir günəşsən, bəxtim qədər qara
bir taleyin, bir taleyin gecəsisən
gecəsisən, gecəsisən mənim üçün
[nəqərat]
bir ömür yaşadım səninlə birgə
yalnız ürəyini qoruya bildim
bütün varlığınla getdin hər gecə
ürəyim sənindir, dedin gizlicə
əlimə uzanan əllərin hanı?
məni ram eyləyən dodaqlar hanı?
gör nə tez keçmişə dönübdür bunlar
indi başqasının qoynundasan sən
ağrılı keçmişsən mənim üçün sən
bəlkə də, ölmüşəm sənin üçün mən
sən layiq deyilsən ağrı, acıya
çiynində daşınmaz yük gəzdirirsən
məcburən gülürsən insan üzünə
ürəksə ağlayır, məhv olursan sən
mənim sığal çəkib öpdüyüm tellər
hansı sinələrə kölgə salıbdır?
mənim əksim düşən ala gözlərdə
nə bilim, kimlərin əksi qalıbdır?
كلمات أغنية عشوائية
- xo alone - razor blade كلمات الأغنية
- original broadway cast of waitress - bad idea كلمات الأغنية
- raw rap relationship - baptism كلمات الأغنية
- young lungs - if you knew كلمات الأغنية
- flightgawdluxxi - intro كلمات الأغنية
- valentine kxl - кирюша боярский (kirusha boyarskiy) كلمات الأغنية
- 6 dogs - spaceship كلمات الأغنية
- davoud sharareha - samad كلمات الأغنية
- scene of action - such a sweet curse كلمات الأغنية
- margaret - byle jak كلمات الأغنية