aslixan - yalnızlar lyrics
[bənd 1]
ilk öncə təbəssüm gülüş
sonra gül hədiyyə al, get tələsik görüş
belə bir_üç_beş davam edər
sonra bir gün də gəlib dəyər bura qədər (ha)
dağıdarsan qurduğun o xəyal evlərini
və bir il sonra eşidərsən, evləniblər
o vaxt “hər şeyinəm” deyən, heç nəyin olur
bu da tək səni acıdan bir gerçəyin olur
var ayrılığa bir sıra bəhanələr
sənsə gecə otur, ağla boş, sabaha qədər
əşi boş ver, hər şey yolunda gedir
o dəyişib həyatı, onun qoluna girir
heç tanımadan, bilmədən gözlə yarı
amma bilə_bilə ki, bu adam özgəyə yar
ona sərf edər, hamı səhv edər
deyib qancığın biri gəlib bir adamı məhv edər
[nəqərat]
elə birdən gələrlər
səni səndən edərlər
sən inanıb sevərsən
sonra səssiz gedərlər
elə birdən gələrlər
səni səndən edərlər
sən inanıb sevərsən
sonra səssiz gedərlər
[bənd 2]
çıx get, geridə qoy
amma götürdüyün qəlbi də yerinə qoy
get, sil, getsin bu yaddaşımı
onsuz get_gedə, getdikcə yadlaşırıq
o əvvəlki sevgilər indi hardadır?
kimə baxsan, elə hamı aldadır
deyin, günah hansı yardadır ki?
gedilən yollar hamısımı yarıdadır?
əl çatmaz hisslər gələnə qədər
ya da qədrini bilməzlər gedənə qədər
var hələ nə qədər, mən bu günə qədər
heç sevgini görmədim ölənə qədər
bu ağrını çəkən deyil tək o yar
öncə söz vеrər, o sonra tək qoyar
ona da sərf edər, hamı səhv edər
deyib əclafın biri gəlib bir qadını məhv еdər
[nəqərat]
elə birdən gələrlər
səni səndən edərlər
sən inanıb sevərsən
sonra səssiz gedərlər
elə birdən gələrlər
səni səndən edərlər
sən inanıb sevərsən
sonra səssiz gedərlər
كلمات أغنية عشوائية
- river boy - a riddle in a pocket lyrics
- waundon & trapgodnari - 2x lyrics
- jealous of the birds - the grass begins to eat itself lyrics
- cupcakke - cabbage (ladies and fellas) (remix) lyrics
- cold as hell - girls wanna have fun lyrics
- sister city - sensation lyrics
- hästpojken - gitarrer & bas, trummor & hat - radio edit lyrics
- teen men - adventure kids lyrics
- raffa mogi - no sense lyrics
- jamiroquai - deeper underground - full version lyrics