kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

arzu əliyeva - şikayətim var, sına, yar lyrics

Loading...

[bənd 1]
məni sevim, sən sevmə, qoy belə olsun
sənə sev deməyə nə cürətim var?
ürək özünündür, özün bilərsən
mənimsə əhdimə sədaqətim var

[nəqərat]
məntək sevən hanı səni dünyada?
başımdan çıxmayır mənim bu sevda
ölsəm də, açmaram sirrimi yada
səndən yar, sənə, yar, şikayətim var

məntək sevən hanı səni dünyada?
başımdan çıxmayır mənim bu sevda
ölsəm də, açmaram sirrimi yada
səndən yar, sənə, yar, şikayətim var
səndən yar, sənə, yar, şikayətim var

[bənd 2]
yaxşı tanımırsan məni hələ sən
yar, saldın aşiqi dildən_dilə sən
neyləyim, mən belə, sən də eləsən
mənim çox dözümüm, məhəbbətim var

[nəqərat]
məntək sevən hanı səni dünyada?
başımdan çıxmayır mənim bu sevda
ölsəm də, açmaram sirrimi yada
səndən yar, sənə, yar, şikayətim var
məntək sevən hanı səni dünyada?
başımdan çıxmayır mənim bu sevda
ölsəm də, açmaram sirrimi yada
səndən yar, sənə, yar, şikayətim var
səndən yar, sənə, yar, şikayətim var

[keçid]
nədən ol büti_pərivəş dəxi bir bu yanə gəlməz
nədən ol büti_pərivəş dəxi bir bu yanə gəlməz
məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
nə qılım, edim nə çarə o nigarı_nazəninə?
boyanıb cahan sözündən, özü bir əyanə gəlməz
başına dönüm, dolanım, o boyun bəlasın alım
niyə türki_çeşmi_məstin oxu bu nişanə gəlməz?
ay, aman, yar, ay aman, ey…

döşənib əbir zülfün nə xub al yanağın üzrə
niyə bəs o qarğı saçın uzanıb dəbanə gəlməz?
mən onun qadasın allam, mən onun fədası ollam
o nədir ki, yoxdur sani, o, bu sözdür, sanə gəlməz
hanı bəs, görən nə oldu, məni dərdü_qəm tükətdi
niyə gəlmədi, yubandı, nə edib bəhanə, gəlməz?
səri_kuyi, ey…
səri_kuyi_yarə getmiş yenə qan üçün nəbati
o bəlalı aşiq indi batıb al qanə, gəlməz
aman, aman, bidad, aman
aman, aman, aman, aman, aman
yarım, aman, aman, aman, ay can…
ay dad, ey, aman ey….
[bənd 3]
ay işıqlı, göy ulduzlu, yol aydın
könlüm evi çıraqbandır bu gecə
ay işıqlı, göy ulduzlu, yol aydın
könlüm evi çıraqbandır bu gecə

nə bir çiçək, nə bir yarpaq solaydı
nə inciyib yardan küsən olaydı
nə bir çiçək, nə bir yarpaq solaydı
nə inciyib yardan küsən olaydı

[keçid]
hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, vəfasız
onda məni qına, yar, qına, yar

[nəqərat]
bizi bir gün ayrı görsə yağılar
könlüm sənin həsrətindən dağılar
gündə yüz yol sənə qurban olardım
qorxuram ki, deyələr, çox ağ olar
gündə yüz yol sənə qurban olardım
qorxuram ki, deyələr, çox ağ olar

hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, vəfasız
onda məni qına, yar, qına, yar
[bənd 2]
yar yolunda duman nədir, çən nədir?
əllərinin hərarəti məndədir
yar yolunda duman nədir, çən nədir?
əllərinin hərarəti məndədir

dünya_aləm bütün gözələ dönsə
mənim gözüm, mənim könlüm səndədir
dünya_aləm bütün gözələ dönsə
mənim gözüm, mənim könlüm səndədir

[keçid]
hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, vəfasız
onda məni qına, yar, qına, yar

[nəqərat]
bizi bir gün ayrı görsə yağılar
könlüm sənin həsrətindən dağılar
gündə yüz yol sənə qurban olardım
qorxuram ki, deyələr, çox ağ olar
gündə yüz yol sənə qurban olardım
qorxuram ki, deyələr, çox ağ olar

hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, vəfasız
onda məni qına, yar, qına, yar

hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, vəfasız
onda məni qına, yar, qına, yar

hər möhnətə dözərəm, dözərəm
sına məni, sına, yar, sına, yar
əhdə çıxsam vəfasız, ay, vəfasız
onda məni qına, yar, qına, yar
onda məni qına, yar, qına, yar

[çıxış]
könlüm olubdur mail ol yarə, neyləyim mən?
oldum onun qəmindən biçarə, neyləyim mən?
yar, aman, ey…
bir dərdə, aman, aman, yar… ay yar…
bir dərdə düşmüşəm ki, zalım, sənin qəmindən
gəlsə təbib də, tapmaz bir çarə, neyləyim mən?
ey dad… ey dad… ey dad…
yar… yar… yar, yar, ay yar, aman…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...