kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

araz imanov – darıxmışam كلمات اغاني

Loading...

elə bil hər yerdən üzülüb əlim
mən azıb qalmışam qəm dərəsində
dirilib yaşanır sənli günlərim
sənsiz günlərimin xatirəsində

haraylar yüksəlir könüldən yenə
bu necə haraydı, bu necə haydı
öhdəmdən gələrdim gözüm üzünə
qulağım səsinə darıxmasaydı

yuxuma gəlmişdin
qısıldıq küncə
danışdıq
yel əsdi
dağıldı dərd_qəm
kölgəyə dönmüşdüm
səni görüncə
sənin işığında yox oldu kölgəm

yaman darıxmışam, bu nədir yenə
ağlım sağa baxır, ürəyim sola
ürəyim dönübdür göy göyərçinə
qonub sən gedəli sən gələn yola

yaman darıxmışam hər axşamçağı
arzumu günəşin telinə sardım
mənimlə olsaydı, mən darıxmağı
zamana ən uzun ölçü sanardım
elə bil hər yerdən üzülüb əlim
mən azıb qalmışam qəm dərəsində

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...