
amina shirin - hərdənbir كلمات أغنية
[giriş]
mən onu salıram yada hərdənbir
o da hərdənbir
görsəm, görərəm röyada hərdənbir
o da hərdənbir
[bənd 1]
yoxdur insafım, daşır hey sən deyə
qıydın o üzdən də bu saf sevgiyə
anlamadım, üz çevirib qəflətən
heç nə yox imiş kimi getdin niyə?
getməyini etmədin izah belə
indi halım gah elədir, gah belə
çətinlik çəkirəm qərar verməyə
heç kimi çaşdırmasın allah belə
[nəqərat önü]
nə istədim, məndən üzün dönsün
nə qoydum ki, xatirələr dinsin
nə eşqin ocağında alışdırdım
nə razı oldum ki, tamam sönsün
[nəqərat]
bir odun atdım oda hərdənbir
o da hərdənbir
bir odun atdım oda hərdənbir
o da hərdənbir
mən səni salıram yada hərdənbir
o da hərdənbir
görsəm, görərəm röyada hərdənbir
o da hərdənbir
[bənd 2]
qəlbimi sıxdıqca bu həsrət mənim
ağlımı almışdı məhəbbət mənim
zaman keçdi, anladım ki, sən demə
hədər imiş çəkdiyim əziyyət mənim
düşündükcə unudar o birdən məni
bir sual hey boğdu içəridən məni
görəsən, o, tez_tezmi salır yadına
yoxsa ki xatırlayır hərdən məni?
[nəqərat önü]
onunla son dəfə görüşdüm ki
ona deyim ki: “mən nə demişdim ki?”
“tamam unutmuşam”, _ desə də ancaq
baxışlarından başa düşdüm ki
[nəqərat]
xatırlayırmış o da hərdənbir
o da hərdənbir
xatırlayırmış o da hərdənbir
o da hərdənbir
mən səni salıram yada hərdənbir
o da hərdənbir
görsəm, görərəm röyada hərdənbir
o da hərdənbir
mən səni salıram yada hərdənbir
o da hərdənbir
görsəm, görərəm röyada hərdənbir
o da hərdənbir
mən səni salıram yada hərdənbir
o da hərdənbir
görsəm, görərəm röyada hərdənbir
o da hərdənbir
كلمات أغنية عشوائية
- ceren - dünya (southstar version) كلمات أغنية
- william hut - balcony view كلمات أغنية
- slimey tay - the fallen: quicksand- part iv كلمات أغنية
- ¥ellow bucks - shuffle كلمات أغنية
- magnesio - bart simpson كلمات أغنية
- mosquit - астрал (astral) كلمات أغنية
- 808alex - beauty كلمات أغنية
- bondi (shay) - real كلمات أغنية
- shoes for industry - talk like a whelk كلمات أغنية
- thapelo mashiane - dead beat كلمات أغنية