ali ashikar - olmur كلمات الأغنية
[bənd 1]
[theador]
qəlbi yarə eşqi acizanə biradər
idarə edər, bəlkə də yoxluğun istər iradə
eşqi harə, qəlbi kiradər səndən ziyadə
götür qoy et, düşün vəsiyyətimdir, edərəm iadə
abır_həyasızla yolumu azarammı sandın?!
hə… quyumuzu qazarammı sandın?
hər il öz günündə sevgimizi qeyd elədim
sənli yuxulardan oyanarammı sandın?!
ən sadə bu, dərin yazmıram hələ
süd ətir qoxan övlad düşün, onu da sev, bələ
səfillər özünü tərifləməz şairanə əsərlə
ayrılıq başlanğıcın əvvəli kimi qurar tələ
və bakını daim heyif yanlış anlatmışlar
qəlbi qarə olanlar sevgidə sapmışlar
baxışlarn iticiydi bəhanəsiylə itdin gözümdən
kül olub yanmışam və nə qədər var yanmışlar
[ali ashikar]
özümü oxudum, üzüldüm görəndə gözlərində
mən sən demə çox böyütmüşəm sevgini gözlərimdə
amma sən düşmənəli idin bu qədər tez gözümdən
nə də mən böyütməli idim dərdimi körpəlikdən
o mənim dərdim olan mən onun heç kimiyəm
o məni sevməz heç cür, amma dəyişməz heç birinə
sən nədən danışırsan? mən onsuz da leş kimiyəm
ya məni at buralarda, ya da get qaç birinə
qurtar özünü və sənə gəlinliklər qismət olsun
inşallah sən ziyafət gör, mənə yas qismət onsuz
“getmə” deməyən dilləri mən unutmuşam illər öncə
tökülən yarpaqların budaqlarını qırdıq öncə, sonra bizi
bitirdik, uzun müddət görüşmədik
tutmur dizim, bədən ifliç, xəyalı görünmədi
sonrasında beyin koma, yaşamın xirtdəyində
sevgini biz yanlış anladıq uğruna ölünmədi
[nəqərat: ali ashikar]
olmur, olmur, olmur, olmur, olmur
illərdir gözlərimə yuxu dolmur
səni yaşamadan ölmək olmur
olmur, olmur, olmur, olmur, olmur
illərdir gözlərimə yuxu dolmur
səni yaşamadan ölmək olmur
[bənd 2]
[ali ashikar]
səni mənim gözümlə görmək səhvinlə, düzünlə
mən səni ona görə yazmıram ki, ağlayıb hüznlən
dilindən düşmədi heç vaxt, keçmədi üzrlər
axı sənə demişdim, qaldıran olmaz düşəndə gözümdən
bir körpəni ovutmaq qədər əslində biz olmaq
və bir o qədər də çətin üzülüb uzaqlarda pis olmaq
bizə qayıtmaq istəmə sən, sən sizkən biz olmaz
hər nə olsa hiss et məni, uzaqlarda pis olma
zaman_zaman yadıma düşür ailə sevgi özgələrdə
bizi xatırladır görüşlər, qucaqladığım özgə əllər
qəlbən mən toxuna bilsəm, hiss edərəm özgədə sən
qoluma girmək asan, əsası o yolu mənlə düz gedəsən
sənə bənzər gülləri mən toplamışdım eşq bağından
hamısı sevə bilərdi, lakin ayağlarına yorğanım dar
dəyişmərəm kimisə yerinə, qoxun yatır sol yanımda
məni düşünüb kiməsə baxsan, qucaqla, peşman olma
[theador]
sən mənə vurğunsan bax, mən sənə vurğun
sehirli günün, ayın, ilinəm bil, səninlə duyğum
səninlə bilmərəm ki, nə qəm var, nə də ki, qorxu
sadəcə mən sənə uyğun, sadəcə sən mənə uyğun
məndəki məcnunluğa sevda, deyər ashikar
eşqdə məcnunam, istər hətta dinləmək kar
lətafəti aldadar, o şuxə_güli rəna
bülbülü şeyda xanım, tanı məni, mən aləmi_şikar
navəki qəmzən var, rəvan edər könlümü
bəyaz səba zülfün var, məsti_xumar eylər
uçub_mürği dilim, danışmaz olaydım da
yar rəbb, de, rəhm et mənə, mən əfsun, rəva еdər bəlkə
kobuddur əlim, oxşar pambıq tək əlini, amma
yazılarımda doğru varmı, yoxsa şair dəli mi, sanma
eşq atəşi şölə çəksə, taqəti qalmaz
atəşi hicranı üzər dərini, yanma
[nəqərat: ali ashikar]
olmur, olmur, olmur, olmur, olmur
illərdir gözlərimə yuxu dolmur
səni yaşamadan ölmək olmur
olmur, olmur, olmur, olmur, olmur
illərdir gözlərimə yuxu dolmur
səni yaşamadan ölmək olmur
كلمات أغنية عشوائية
- grand daddy i u - low key كلمات الأغنية
- gudda gudda - bedrock كلمات الأغنية
- frontline - the rich كلمات الأغنية
- guerilla maab - 2 all you hoes كلمات الأغنية
- future - aint no way around it كلمات الأغنية
- george strait - heartbroke كلمات الأغنية
- feenom circle - masters too كلمات الأغنية
- anti pop consortium - mega كلمات الأغنية
- gospel gangstaz - whatcha gonna do كلمات الأغنية
- tom green - write rhymes and act like an asshole كلمات الأغنية