aintnolie - peşman deyiləm كلمات الأغنية
[giriş]
this is drugs
this is your brain on drugs
any questions?
[nəqarət: f’rhyme]
mən bir pox bacarmıram
özüm aciz elə bil
keçmiş həyatımdasa
olmuşdum hacı çələbi
yoxdur həvəsim ya məqsədim
həyatdan tələbim
gələcək də lazım deyil
mənə bəs eləyir cannabis
[bənd 1: neocortex]
timon və pumbaa
dedi “hakuna matata”
simba bu fəlsəfəni sevdi
dadına baxanda
“yaşın azdır, başın qanmır”
dedi ağsaqqal makaka
simba dinləmədi
çün makaka danışır qapazla
n.w.a demişdi
“ey, my n_ggas, f_ck the police!”
çatmamışdı духи’muz amma
və dərya hüseyn demişdi çox qabaqcadan
“kef elə! nə qədər ki varsan!”
kef elədim yox olanacan
eminem mənə “dərman at” demişdi həkimdən qabaq
o.j.’dən öyrəndim qətldən yaxa
qaçırmaq üçün göylərdənsə, vək!llərə bax
çatmadı mənə heç
nəyi səhv elədi əziz nağılbaz?
deyirlər ki, mustafazadə də dərində batan biriydi
istəyirdi tərgitmək yaman
bu şaiələr vilayətin həqiqəti
bəlkə də yalan?
vacib olan vaqif sağdır
dayansa da qəlbi haçandan
братка, sehrli qüvvəyə malikəm
abrakadabra deyərək anidən
abrı başında qızı çevirdim валик’ə
billie eilish’ə dedim “feat eləyək abd maliklə”
deməli beat’im mənlə
abd malik beat’ı çapır
billie eilish’sə bu duet’in kayfına gedər
pr eliyər
yerli sənayə qalxır göyə
туса’mız uğurdadır
sonra sehr qurtarır
məni реский buraxır
[nəqarət: neocortex]
mən bir pox bacarmıram
özüm aciz elə bil
keçmiş həyatımdasa
olmuşdum hacı çələbi
yoxdur həvəsim və məqsədim
həyatdan tələbim
gələcək də lazım deyil
mənə bəs eləyir cannabis
[bənd 2: f’rhyme]
basıram əlimdəki bong’a bonsai
sonra görürəm qabağımda bir borzoi
qaçıram ayaqyalın
görən deyir force’um hanı?
dünən neynəmişəmsə, hamı deyir olsun ayıb
çünki mən fresh həyatı xəyal edib
trash həyata ayaq basan gəncəm
nə etsəm də, cash qazanmır əllər
ətraf leş bazarıdır
mən isə gecələr yatağının altındakı monster’am
beş ayaqlı həm də
bekar dayana bilmirəm
bu küçələrdə fırlanıram
və çəkməyə nəsə daim axtarıram
buranın necə şəhər olduğunu anlamaq üçün
ən azı bir dəfə bakıya ayıq baxmalıyam
işimin dəlisi
mən beat’i eşidəndə ortaya minimum 50 dənə rhyme atmalıyam
çox çətinlik çəkirsən rap eləmək üçün
mənim daim fact’larım
səninsə lifehack’ların var
yaşadıram sənə flow trip’i
adım odb
özüm зор biri
heç vaxt ortalıqda yox idim
indi də yox biriniz ki, mən yox kimiyəm
qırıram qafiyə qəfəsini
verse’m kəsir nəfəsini
elə bil astma xroniki
hal_hazırda yaşadığıma inanmıram
bu həyatın özü gəlir mənə troll kimi
[nəqarət: f’rhyme]
mən bir pox bacarmıram
özüm aciz elə bil
keçmiş həyatımdasa
olmuşdum hacı çələbi
yoxdur həvəsim ya məqsədim
həyatdan tələbim
gələcək də lazım deyil
mənə bəs eləyir cannabis
[bənd 3: aintnolie]
mənə bəs eliyir cannabis
mən arabir axtarıb tapıram
ya da ki özü düşür əlimə ki
püfüllədim mən
püfüllədib hüzünlənirəm
ona görə ki, son bir ildir ayıldığım səhərlərimdən
heç biri fərqlənmir bir_birindən
əksinə getdikcə daha da çox oxşayır həmin gün dünənimə
beləcə şübhələrimdən qurtulmaq üçün
alter ego’m üzür dərinə
və müsibətin ən dibində
ayıra bilmirəm düzü əyridən
kənardan gülüncəm, bilirəm
məncə sən özünü mənimlə bir tutma
çünki mən xoşbəxtlik üçün ya sürünməli
ya da bu zibilin axarına tərəf süzülməliyəm
bütün əhatəmizlə sonlanıb əlaqəmiz
hə, olduqca məsafəliyəm hamıyla
çünki bilirəm ki, qəbahətim nədir
fərqində olduğum üçün
comfort zone’amı da mən çəpərləmişəm ki
görə bilməsin
mən isə eşitməyim səsləyəndə əcəl bəridən
bu günə qədər tutanlar buraxır
və onların yerinə tutur kədər əlimdən
əslində peşman deyiləm mən heç bir səhv əməlimdən
belə də ki, əcəb olub
hər nə olubsa
deməli, ancaq bu imiş gələn əlimdən
كلمات أغنية عشوائية
- the vandals - i know, huh? كلمات الأغنية
- the vandals - i guess i'll take you back كلمات الأغنية
- the vandals - i have a date كلمات الأغنية
- the vandals - i don't believe in santa clause كلمات الأغنية
- the vandals - i can't wait كلمات الأغنية
- the vandals - i believe كلمات الأغنية
- the vandals - i am crushed كلمات الأغنية
- the vandals - i've got an ape drape كلمات الأغنية
- the vandals - i'm the boss of me كلمات الأغنية
- the vandals - i'm becoming you كلمات الأغنية