
abbas bağırov - gəncə كلمات أغنية
[bənd 1]
azərbaycanın şah damarısan
qurucu ilhamdan sən güc alırsan
sənət dünyamsan, xan ocağımsan
təbiətin tacısan, gəncə
fəvvarələr göyə nəğmə ucaldır
ilhamlı ürəklər qürub yaradır
göygölün, kəpəzin səndən ruh alır
əfsanələr şəhəri _ qədim gəncə
[nəqərat]
adın məğrur, başın uca
çinarların göy boyunca
özün cavan, yaşın qoca
ölkənin baharısan – gəncə
ucalırsan gündən_günə
sözüm yetmir, qoşam vəsfinə
gözəlləşən siman əziz
vətənimin vüqarı – gəncə
[bənd 2]
gəlir minillərdən harayın səsin
tarixdir hər ilin, hər ayın sənin
sözlə ucalıbdır sarayın sənin
nizaminin yurdusan – gəncə
yenilməzlik sənin qanında yaşar
mərdlik torpağının suyundan daşar
qurucu ilhamla min uğur yaşar
kübarda qocalıq sənə yaraşır
[nəqərat]
adın məğrur, başın uca
çinarların göy boyunca
özün cavan, yaşın qoca
ölkənin baharısan – gəncə
ucalırsan gündən_günə
sözüm yetmir, qoşam vəsfinə
gözəlləşən siman əziz
vətənimin vüqarı – gəncə
adın məğrur, başın uca
çinarların göy boyunca
özün cavan, yaşın qoca
ölkənin baharısan – gəncə
ucalırsan gündən_günə
sözüm yetmir, qoşam vəsfinə
gözəlləşən siman əziz
vətənimin vüqarı – gəncə
vətənimin vüqarı – gəncə
كلمات أغنية عشوائية
- autolux - blanket كلمات أغنية
- scorpions - across the universe كلمات أغنية
- raekwon - soldier story كلمات أغنية
- aura dione - picture of the moon كلمات أغنية
- audrey landers - some broken hearts never mend كلمات أغنية
- audrey horne - bright lights كلمات أغنية
- deanna loveland - just like you كلمات أغنية
- kari jobe - tough i'm not worthy كلمات أغنية
- autonomy - was it worth it كلمات أغنية
- rachel alejandro - kay tagal كلمات أغنية