
abbas bağırov - dumanlı təbriz/nə yaman gözəlləşmisən (live) كلمات أغنية
[bənd 1]
bahar dilkeş, bülbül çalır kamança
sən də üzündən tez at pərdəni, gözəl qönçə
bahar dilkeş, bülbül çalır kamança
sən də üzündən tez at pərdəni, gözəl qönçə
toy_büsat başlamışdır çəməndə
hər gülün ləbindən bir xəndan
saxlamışdır bir piyalə
çəməndə hər lalə
çox uzun deyildir bu həyat
toru_zülfün at
qoy gülsün eşqinlə kainat
eşqinlə kainat
[nəqərat]
mən çəkərkən eşqə cəfa
sən sürürdün onda səfa
sən sürürdün onda səfa
mən çəkərkən eşqə cəfa
hər gülün ləbindən bir xəndan
saxlamışdır bir piyalə
çəməndə hər lalə
çox uzun deyildir bu həyat
toru_zülfün at
qoy gülsün eşqinlə kainat
ey, eşqinlə kainat
eşqinlə kainat
eşqinlə kainat
[bənd 2]
məhəbbət toxunub yanaqlarına
gözləri qaynayan büllur çeşməsən
məhəbbət toxunub yanaqlarına
gözləri qaynayan büllur çeşməsən
gəl məni qərq eylə gözəlliyinlə
gəl məni qərq eylə gözəlliyinlə
gülüm, sən nə yaman gözəlləşmisən
[nəqərat]
gül_çiçək bürüyüb bütün çölləri
yoxsa bu çöllərdən gəlib keçmisən?!
mən sənə könlümü açandan bəri
gülüm, sən nə yaman gözəlləşmisən
gül_çiçək bürüyüb bütün çölləri
yoxsa bu çöllərdən gəlib keçmisən?!
mən sənə könlümü açandan bəri
gülüm, sən nə yaman gözəlləşmisən
gülüm, sən nə yaman gözəlləşmisən
[bənd 3]
daranıb, bəzənib baxışlarınla
elə bil baharı təkcə içmisən
daranıb, bəzənib baxışlarınla
elə bil baharı təkcə içmisən
gözlərin yaşını kirpiklərinlə
gözlərin yaşını kirpiklərinlə
gülüm, sən nə yaman gözəlləşmisən
[nəqərat]
gül_çiçək bürüyüb bütün çölləri
yoxsa bu çöllərdən gəlib keçmisən?!
mən sənə könlümü açandan bəri
gülüm, sən nə yaman gözəlləşmisən
gül_çiçək bürüyüb bütün çölləri
yoxsa bu çöllərdən gəlib keçmisən?!
mən sənə könlümü açandan bəri
gülüm, sən nə yaman gözəlləşmisən
gülüm, sən nə yaman gözəlləşmisən
gül_çiçək bürüyüb bütün çölləri
yoxsa bu çöllərdən gəlib keçmisən?!
mən sənə könlümü açandan bəri
gülüm, sən nə yaman gözəlləşmisən
gülüm, sən nə yaman gözəlləşmisən
gülüm, sən nə yaman gözəlləşmisən
gülüm, sən nə yaman gözəlləşmisən
كلمات أغنية عشوائية
- loukas daralas - νυχτερίδα (nyhterida) كلمات أغنية
- dabu (can) - 12 o’clock كلمات أغنية
- kthechosen - rock the boat (kverse) كلمات أغنية
- james felice - the giantess كلمات أغنية
- golya guzman - settimo cielo كلمات أغنية
- baths - the sound of a blooming flower كلمات أغنية
- system syn - lower forms كلمات أغنية
- helen - im such drunkkkk fuckkkkk -_- كلمات أغنية
- ron sexsmith - glow in the dark stars كلمات أغنية
- mouth breaker - broken كلمات أغنية