kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

a$ap gold - moonwalk كلمات الأغنية

Loading...

[intro: a$ap gold]

a$ap qaza bas jayko yanımda deyinir
gözü bağlı yolları aşırıq biz

[verse: jayko]

günəş gəlir daha yaxına
hamıya sevgiylə baxıram
zirvədəyəm və başın dönür
qorxuramki, hərşey yox olar
hamıdan qaç, çıx get
qapını aç, çıx get
get, get, get
yaşıyıram həyat mənə görə no limit
möcüzə adamam çağırırlar houdini
gizlədiyin nəsə varsa elə indi qus kini
yenədə sənləyəm saxla ürəyini buz kimi
yalanın qoxusu havada
yemərəm birdə sizlə eyni masada
məni tək burax bu gün qısaca
yığma sonra özüm yazacam

ayağın qazda amma əlini çəkirsən ruldan
səmalarda uçuşur yenə pullar
tullan uçurumda dayanmısan deməliki, var arxanda kimsə (x2)
gündüzləri yat gecələri sev hamı kimi deyil
istədiyini de sənin yolun ayrı yol
bütün dünyanı sil danışdığın kimi yaşa yaşadığın kimi ol (ya!)
utanmaq istəmirəm
hər səhərə tək oyanmaq istəmirəm
yaralardan sağalmaq istəmirəm
hələ gəncəm qocalmaq istəmirəm

[verse: a$ap gold]

gözlərim yuxudadı amma yol çəkir
gedirəm doğruların dalınca
sanki kainat məndən nəsə gizlədir
mən kədərli notların quluyam
oyanmaq istərəm uşaq kimi
xəbərsizəm gələcəkdən dustaq kimi
vaxt tapan kimi burax kini
sükut qonağın xəyallar olan kimi

ayaqlarım aparır sənət zirvəsinə
sənə görə hər gecə nəfəsim kəsilə
yağış kimi yağaram, külək kimi əsərəm
günəş gedib gizlənər ayın kölgəsinə (x2)

[outro: jayko]
gündüzləri yat gecələri sev hamı kimi deyil
istədiyini de sənin yolun ayrı yol
bütün dünyanı sil danışdığın kimi yaşa yaşadığın kimi ol (ya!)
utanmaq istəmirəm
hər səhərə tək oyanmaq istəmirəm
yaralardan sağalmaq istəmirəm
hələ gəncəm qocalmaq istəmirəm

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...